ABŞ Yevtuşenkonu ağlayaraq YOLA SALDI

ABŞ Yevtuşenkonu ağlayaraq YOLA SALDI
13:23 6 Aprel 2017
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Tals şəhərində böyük rus şairi Yevgeni Yevtuşenko ilə vida mərasimi keçirilib.

Publika.az-ın məlumatına görə, bu barədə ailə dostu, ədib Mixail Morqulis mətbuata xəbər verib. O qeyd edib ki, mərasim şairin 25 il əməkdaşlıq etdiyi Tals Universitetinin nəzdində olan “London” Mədəniyyət Mərkəzində baş tutub.

M.Morqulis vurğulayıb ki, şairlə vidalaşmaq üçün dünyanın hər yerindən 600 insan qatılıb. Onların arasında oxucular, dostlar, ədəbiyyat və elm adamları yer alıb. Mərasimə Hyuston şəhərindəki (Texas ştatı) baş konsul Aleksandr Zaxarov, Tals Universitetinin prorektoru Rocer Bleys və professor heyəti, eləcə də Yevtuşenkonu 25 il öncə ABŞ-a dəvət etmiş professor Robert Donaldson da qatılıb.

“Vida mərasimində Yevtuşenkonun oğulları nitq söylədilər. Onun şeirlərinin səsləndirdilər. Digər çıxışçılar da şairlə bağlı ürək sözlərini bildirdilər. Çox təsirli idi. İştirak edən oxuculardan çoxu ağlayırdı”, - deyə Morqulis bildirib.

Xatırladaq ki, Y.Yevtuşenko aprelin 1-də 85 yaşında vəfat edib. Şairin vəsiyyətinə görə, onu Rusiyanın Peredelkino qəsəbəsində dəfn edəcəklər.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/193991.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR