Oğurlayıb kafedə yeyib-içməyə xərclədilər - FOTO

Oğurlayıb kafedə yeyib-içməyə xərclədilər - FOTO
13:27 6 Aprel 2017
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda kütləvi şəkildə su sayğaclarının oğurlanması ilə məşğul olan daha bir cinayətkar dəstə zərərsizləşdirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dəstə üzvləri 2017-ci ilin mart və aprel ayları ərzində 10-dan çox mənzil, ofis və mağazalardan su sayğaclarını oğurlayıb əlvan qəbulu məntəqələrinə satıblar. Əldə etdikləri pulları isə kafedə yeyib-içməyə xərcləyiblər.

Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində silsilə oğurluqları törətməkdə şübhəli bilinənlər - Şirvan şəhər sakini, 1990-cı Mehman Əliyev və Cəlilabad rayon sakini, 2001-ci il təvəllüdlü Yusif Şahbazov saxlanılıblar.
 
Araşdırma aparılır.

Qeyd edək ki, ötən gün Daxili İşlər Nazirliyi əlvan metalların qəbulunu həyata keçirən məntəqə sahiblərinə, bu işlə məşğul olan sahibkarlara müraciət edərək bildirib ki, öz fəaliyyətlərini Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun şəkildə qursunlar. Oğurluq və ya qeyri-qanuni yolla əldə olunan əlvan metalların qəbulunu həyata keçirməkdən imtina etsinlər, bu hallarla rastlaşdıqda isə dərhal ərazi polis orqanlarına və ya "102" Zəng Mərkəzinə məlumat versinlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/532601.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR