Əminin qaçırtdığı qardaş qızı ilə bağlı daha bir fakt ÜZƏ ÇIXDI

Əminin qaçırtdığı qardaş qızı ilə bağlı daha bir fakt ÜZƏ ÇIXDI
13:38 6 Aprel 2017
259 Ölkə
Ölkə mətbuatı
A- A+

“Hamilə olduğundan ərinin xəbərsiz olduğunu deyirdi.”

Publika.az xəbər verir ki, bunuAzNews.az-a qadın hüquqları ilə məşğul olan təşkilatların birindən məlumat verilib. Məlumata görə, Həmidə Səfərova ailəli olduğu zaman da qayınanası ilə yola getməyib və evdən qaçaraq Gəncə şəhərində yerləşən "Təmas" təşkilatına sığınıb: "Dedi ki, 5 aydır evdən qaçmışam. Özüm də 5 aylıq hamiləyəm. Həkim onu müayinə edəndə hamiləliyinin iki aylıq olması məlum oldu. Bunu ona deyəndə isə Həmidə sığınacaqda dava saldı. Dedi ki, “həkim yalan danışır, o, heç nə bilmir”. Bundan əlavə, hamilə olduğundan ərininin xəbərsiz olduğunu və bunun sirr qalmasını xahiş etdi. Təşkilat rəhbəri isə Həmidənin ərini sığınacağa dəvət elədi. Vəziyyəti danışdılar, onları barışdırıb yola saldılar".

Təşkilatdan bildirilən məlumata görə, Həmidə Səfərova sığınacaqda olduğu zaman həyat yoldaşından razılıq, qayınanasından isə narazılıq edib: "Deyib ki, qayınanam məni yola vermir. Əri də küçələrdə dəmir yığıb onu satıb uşaqlarına çörək qazanan bir adamdır. Belə bir kişini ləkələmək günahdır. Həmidə ərini geri qaytarmaq üçün bu yollara əl atır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/193992.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR