Fransa XİN: "Dağlıq Qarabağ münaqişəsində cari status-kvo qəbuledilməzdir"

Fransa XİN: "Dağlıq Qarabağ münaqişəsində cari status-kvo qəbuledilməzdir"
13:52 6 Aprel 2017
106 Ölkə
Ölkə mətbuatı
A- A+

"Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi, Rusiya və ABŞ-dan olan tərəfdaşları ilə birgə ötən ilin aprelində Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində qeydə alınan gərginlik zamanı döyüşlərin dayandırılması və Azərbaycan və Ermənistan arasında danışıqların bərpası üçün bütün gücünü səfərbər etmişdi".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Fransa XİN-in bəyanatında deyilir.

Bəyanatda qeyd olunur: "Fransa əvvəlki kimi əmindir ki, cari status-kvo qəbuledilməzdir və münaqişə hərbi yolla həll oluna bilməz".

Fransa tərəfləri atəşkəs rejimi haqqında razılaşmaya hörmət etməyə çağırır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/532624.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR