"İsraillə Azərbaycan arasında münasibətlərin əsas faktorlarından biri müdafiə sahəsidir"

"İsraillə Azərbaycan arasında münasibətlərin əsas faktorlarından biri müdafiə sahəsidir"
13:57 6 Aprel 2017
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabah İsraillə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur. İsrail Azərbaycanın müstəqilliyini tanıyan 4-cü ölkədir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri keçirdiyi mətbuat konfransında İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.
 
O bildirib ki, iki ölkə arasında münasibətlər strateji və əhəmiyyətlidir: "Münasibətlərimiz heç də 1992-ci ildən başlamır. Azərbaycanda eramızdan əvvəl 7-ci əsrdən yəhudi icması yaşayır. Onlar Azərbaycanın bir hissəsidir. Azərbaycanın əziyyəti onların əziyyəti, rifahı onların rifahıdır. İki ölkə arasında münasibətlər çox unikaldır. Hər iki ölkənin Yaxın Şərq məsələsi ilə bağlı ümumi baxışı var. Ölkələrimiz münaqişədən əziyyət çəkir, ona görə də sülhə üstünlük verir. Hər iki ölkə Yaxın Şərqdə stabillik məkanıdır.
 
Azərbaycan və İsrail multikultural dəyərlərə malikdir. Hər iki ölkə müxtəlif dinin nümayəndələrinə tolerant yanaşır. Azərbaycan bu baxımdan unikal modeldir. Müxtəlif dinə malik insanlar burada dinc şəraitdə yaşayır. İsraillə Azərbaycan arasında münasibətlərin əsas faktorlarından biri də müdafiə sahəsidir. İsrallə Azərbaycan arasında energetika sahəsində çox gözəl münasibətlər var. Azərbaycan İsrail üçün etibarlı neft təminatçısıdır. İsrail həmçinin qaz ixracatçısına çevrilmək istəyir".
 
Səfir Azərbaycan və İsrailin qeyri-neft sektorunda da əlaqələrinin inkişaf etdiyini deyib: "İki ölkənin liderləri arasında çox yaxşı anlaşma var. Siyasi münasibətlərimiz yüksək səviyyədədir. Əlaqələr ölkələrin müxtəlif regionları arasında da inkişaf etdirilir".
 
Diplomat iki ölkə arasında ticarət dövriyyəsinin müdafiə və energetika sahəsini çıxmaqla, ötən il 260 milyon dollar təşkil etdiyini bildirib: "Biz bu rəqəmin bu il artacağına ümid edirik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/532620.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR