Meyxanaçı Kərimin vəziyyəti ağır olaraq qalır

Beyninə qan sızdığı üçün Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilən meyxanaçı Kərimin vəziyyəti hələ də ağır olaraq qalır.

Bunu Metbuat.az-a açıqlamasında onun həmkarı Ağamirzə Məmmədov bildirib. O qeyd edib ki, həkimlər Kərimin sağalacağı ilə bağlı ümidlidir:

“Sırağagün onun yanındaydım. Reanimasiyadadır hələ də. Vəziyyəti ağırdır. Ancaq həkimlər ümidli danışırlar. Tək ümid Allahadır. Biz də onun xoş xəbərini gözləyirik”.

Ağamirzə həmkarının səhhətinin anidən pisləşdiyini və bunun da ailə problemləri ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb:

“Onun heç bir ailə problemi yoxdur, olmayıb da. Sadəcə bir balaca şəkəri var idi. Düşünürəm ki, buna görə beyninə qan sızıb.Bu məsələ 20 gün öncə baş verib. Sonuncu günlərdə isə vəziyyəti anidən pisləşdi”.

Rəvan Nasiroğlu / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR