İtaliya Superkuboku Türkiyədə keçiriləcək?

İtaliya Superkuboku Türkiyədə keçiriləcək?
14:05 6 Aprel 2017
79 İdman
Ölkə mətbuatı
A- A+

Bu yay İtaliya Superkuboku matçı Türkiyədə keçirilə bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı "Antalyaspor"un prezidenti Əli Şafak Öztürk verib.

O bildirib ki, Superkubok görüşünün "Antalyaspor"un stadionunda baş tutma ehtimalı yüksəkdi: "İnşallah, həmin qarşılaşma Antalyada keçiriləcək. Bir neçə həftədi ki, bununla bağlı danışıqlar aparırıq. 3 milyon avroluq tələbi qarşılamaq lazımdı. Bu pulun 10%-i İtaliya Futbol Federasiyasına, 90%-i isə həlledici oyundakı komandalara verilir.

Yayım gəlirləri də var. Stadion, sponsorluq gəlirləri ilə bu pulu çıxaracağımıza ümid edirəm. Qətər və Çin də həmin oyunu qəbul etmək istəyirlər. Hələ dəqiq heç nə bilinmir. Ancaq düzgün şirkətlərlə çalışsaq, Superkubok oyunu Antalyada keçiriləcək".
 
Qeyd edək ki, İtaliya A seriyasının qalibi ilə ölkə kubokunu qazanan komandalar Superkubok matçında üz-üzə gəlirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/532621.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR