Vətəndaşlara xəbərdarlıq edildi: aprelin 25-də Türkiyədə terror ola bilər

Vətəndaşlara xəbərdarlıq edildi: aprelin 25-də Türkiyədə terror ola bilər
14:05 6 Aprel 2017
130 Dünya
Ölkə mətbuatı
A- A+

Avstraliya aprel ayının 25-də Anzak hadisəsinin anım günü üçün Türkiyəyə getməyə hazırlaşan vətəndaşlarına xəbərdarlıq edib.

Milli.Az "Hürriyet"ə istinadla bildirir ki, Avstraliyanın xarici işlər naziri Julie Bişop Geliboluda təşkil olunacaq mərasim günündə terror ola biləcəyini düşündüklərini söyləyib.

Avstraliya Türkiyəyə səyahət edənlərlə bağlı xəbərdalığı bu gün yeniləyib. Xəbərdarlıqda bildirilib ki, Ankara və İstanbulu gəzmək istəyən vətəndaşlar diqqətli olsunlar.

Qeyd edək ki, hər il 25 apreldə yüzlərlə avstraliyalı və yeni zellandiyalı Türkiyəyə gəlir.

Bəxtiyar Umarlı
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/532628.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR