Timsah turistin ayağını qopardı

Afrikada qitəsində yerləşən Uqandada timsah turistə hücum edib.

Metbuat.az bildirir ki, Viktoriya gölündə üzən ağdərili turistə Nil timsahı hücum edərək, sol ayağını qoparıb. Ətrafdakı insanlar çoxlu qan itirən turisti sudan çıxara biliblər. Onun sonrakı vəziyyətindən məlumat yoxdur.

Qeyd edək ki, Nil timsahı Afrikada yaşayan sürünənlər sinfinin üç ən böyük növündən biri hesab olunur. Bədəninin uzunluğuna görə isə dünyada ikinci yer tutur.

Xəyalə Xatun / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR