Əli Nazı RƏDD etdi: “Yoluma çıxma” - VİDEO

Əli Nazı RƏDD etdi: “Yoluma çıxma” - VİDEO
14:13 6 Aprel 2017
160 Şou
Ölkə mətbuatı
A- A+

“Star TV”də yayımlanan “Zuhal Topalla” izdivaç verilişini ötən həftə göz yaşları içində tərk edən azərbaycanlı Naz Mila geri qayıdıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Əli Əkbər yeni gəlin namizədi ilə tanış olan zaman Naz studiyaya gələrək olay yaradıb. Naz “Qamze ilə alınmayacağını demişdim, olmadı da. Heç kimlə də olmayacaq, çünki Əli məni sevir” , - deyə bildirib.

Naz Mila öz çıxışı ilə Əlinin iranlı qızla bağlı qərarına mənfi təsir göstərmək istəsə də, buna nail ola bilməyib. Əli Nazın bu oyunların bezdiyini və onu narahat etməməsini tələb edib:

“Sən niyə geri qayıtdın? Mənim fikirlərimi qarışdırmaq üçün gəldin? “Naz dəftərini bağladım” demişdim. Bizimki alınmayacaq. Mənim yoluma çıxma. Burada qalıb, namizədlər yerində oturacaqsansa, qal. Ancaq mənim üçün qalma”.

Əli İrandan gələn Saba adlı namizədi yaxından tanımağa və onun çay içməyə getməyə razı olub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/193997.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR