Ovanisyanla Oskanyan siyasətdən GEDİR: Ohanyan təkləndi

Ovanisyanla Oskanyan siyasətdən GEDİR: Ohanyan təkləndi
14:28 6 Aprel 2017
79 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanda “İrs” partiyasının sədri Raffi Ovanisyan və keçmiş xarici işlər naziri, “Birləşmə” partiyasının sədri Vardan Oskanyan siyasətdən gedir.

Publika.az
Ermənistan mediasına istinadən xəbər verir ki, hər iki şəxs əvvəllər ABŞ vətəndaşı olub.

Məlumatlara görə, aprelin 2-də keçirilən parlament seçkilərində məğlubiyyətdən sonra onlar siyasəti tərk edir. Ehtimallara görə, hər iki partiyadakı şəxslər keçmiş müdafiə naziri Seyran Ohanyanın rəhbərliyi altında yeni partiyada birləşəcək.

Qeyd edək ki, parlament seçkilərində Raffi Ovanesyan vəı Vardan Oskanyan Seyran Ohanyanla birlikdə yaratdıqları “Ohanyan-Raffi-Oskanyan” blokunda çıxış edirdi. Seçkidə blok pasrlamentə düşmək üçün nəzərdə tutulan 5 faizlik baryeri aşa bilmədi.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194004.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR