Elmar Qasımov: "BANM-ə magistraturaya ilk qəbul elan edilib"

Elmar Qasımov: "BANM-ə magistraturaya ilk qəbul elan edilib"
14:37 6 Aprel 2017
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun bildirdiyinə görə, 2017/2018-ci tədris ili üçün BANM-ə "Neft-qaz mühəndisliyi" ixtisasının "Yatağın qiymətləndirilməsi və idarə olunması" ixtisaslaşması, "Kimya mühəndisliyi" ixtisasının isə "Neft və qaz texnologiyası" ixtisaslaşması üzrə magistratura səviyyəsinə qəbul elan edilib. Birinci ixtisas üzrə 10, ikinci ixtisas üzrə 11 bakalavrın qəbulu nəzərdə tutulub.

Millli.Az xəbər verir ki, sözügedən ixtisaslaşmalar üzrə mütəxəssis hazırlığı ilk dəfə olaraq yalnız Bakı Ali Neft Məktəbində Böyük Britaniyanın Heriot- vatt Universitetinin təklif etdiyi tədris proqramları əsasında iki diplom layihəsi çərçivəsində həyata keçiriləcək, məzunlara hər iki ali təhsil müəssisəsinin diplomları veriləcək.

Bakı Ali Neft Məktəbində magistratura səviyyəsində təhsil ödənişsiz olaraq dövlət sifarişi əsasında həyata keçiriləcək.

Magistraturada təhsil müddəti 1,5 il olaraq magistr dissertasiyasının müdafiəsi ilə başa çatacaq, məzunlara elm üzrə magistr dərəcəsi veriləcək.

Təhsil ingilis dilindədir, bakalavrlar Dövlət İmtahan Mərkəzinin Bakı Ali Neft Məktəbində sözügedən ixtisas üzrə bakalavriat səviyyəsində tədris edilən peşə və ixtisas fənlərinin məzmunu əsasında tərtib olunmuş proqram üzrə təşkil edəcəyi test imtahanlarını verməlidirlər. Təhsil pulsuzdur.

Mili.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/532645.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR