Türkiyədə aprelin 25-də terror aktı törədiləcək – XƏBƏRDARLIQ

Türkiyədə aprelin 25-də terror aktı törədiləcək – XƏBƏRDARLIQ
14:38 6 Aprel 2017
75 Dünya
Ölkə mətbuatı
A- A+

Avstraliya hökuməti ANZAK gününün (25 aprel) qeyd edilməsi zamanı Türkiyənin Gelibolu mahalında terror aktı törədilə biləcəyi barədə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, bu haqda Avstraliya hökumətinin saytında yerləşdirilmiş xəbərdə deyilir.

“İnformasiyaya görə, terrorçular Gelibolu yarımadasında ANZAK gününün qeyd edilməsi zamanı hücüm etməyə çalışacaqlar. Türkiyə hakimiyyəti bu barədə xəbərdar edilib və yarımadada təhlükəsizlik yüksək səviyyədə təmin edilir”, - xəbərdə bildirilir.

Avstraliya hökuməti həmçinin öz vətəndaşlarına terror təhlükəsi ilə əlaqədar Ankara və İstanbula səfərlər etməməyi tövsiyə edib.

Qeyd edək ki, ANZAK günü Avstraliya və Yeni Zelandiyanın milli bayramıdır. 1915-ci il aprelin 25-də Britaniya imperiya qoşunları Avstraliya və Yeni Zelandiya (ANZAC) qüvvələri ilə birlikdə Geliboluya desant çıxararaq Osmanlı imperiyasını məğlub etməyə çalışıb. Minlərlə əsgər öldürülüb və həmin gün tarixə ANZAC günü kimi daxil olub.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194003.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR