Azərbaycanlı modelyer türkiyəli aktyora ərə gedir - FOTO

Azərbaycanlı modelyer türkiyəli aktyora ərə gedir - FOTO
14:39 6 Aprel 2017
103 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın tanınmış modelyeri Zümrüd Mirzəliyeva ailə həyatı qurur. Lent.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, türkiyəli müğənni-model Ali Dereli ilə münasibətini rəsmiləşdirmək qərarına gəlib. 

3 ildir ki, bir-birini tanıyan cütlüyün iki toyu olacaq. Birinci toy mayın 9-da Bakıda baş tutacaq. Toyda ictimai xadimlər, moda və şou dünyasının tanınmış simaları iştirak edəcək. İkinci toy isə iyul ayında Türkiyədə reallaşacaq. 

Bakıdakı məclis dəbdəbəli restoranların birində baş tutacaq, 300-ə yaxın qonaq iştirak edəcək. 

Qeyd edək ki, Ali Dereli model, müğənni və aktyor kimi fəaliyyət göstərir. O, ilk dəfə “Mum” adlı mahnısı və klipi ilə tanınıb. O, “Arka sokaklar”, “Kanıt”, “Aşk-ı  Memnu” kimi seriallarda rol alıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271502

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR