"Çelsi"dən transfer rekordu - "Partlayış" olacaq

"Çelsi"dən transfer rekordu -   "Partlayış" olacaq
14:47 6 Aprel 2017
95 İdman
Ölkə mətbuatı
A- A+

Premyer Liqada çempionluğa doğru irəliləyən "Çelsi" transfer çalışmalarını da davam etdirir. Fanat.Az xəbər verir ki, Lodon klubu keçmiş oyunçusu Romelu Lukaku üçün"Everton"la danışıqları sürətləndirib.


Hətta artıq tərəflər arasında anlaşmanın əldə olduğu bildirilir. "Sky İtalia"nın iddiasına görə, "Çelsi" bu transfer üçün "Everton" 82 milyon funt-sterlinq ödəyəcək.


"Çelsi" bu yay böyük transferlər edəcək. Antoine Konte Çempionlar Liqasını qazanmaq üçün iddialı bir heyət qurmağa hazırlaşır. Lukaku transferinin bitdiyini indidən deyə bilərəm. İngiltərə mətbuatında yer alan xəbərlərə görə Aleksis Sançes də gələn mövsüm "Çelsi"də oynayacaq" deyə "Sky İtalia"nın müxbiri Massimo Marianella bildirib.


Qeyd edək ki, "Çelsi" Romelu Lukakunu 2011-ci ildə "Anderlext"dən 15 milyona avroya alıb, 2014-cü ildə "Everton"a 35,36 milyon avroya satıb.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotcelsiquotdn-transfer-rekordu-t57394.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR