Bakı sakinləri pəhriz saxlayırmı? - SORĞU

Bakı sakinləri pəhriz saxlayırmı? - SORĞU
14:53 6 Aprel 2017
199 Digər
Ölkə mətbuatı
A- A+

“ACT Azərbaycan” Bakı şəhərində pəhrizlə bağlı sorğu aparıb.

Publika.az sorğunun nəticələrini təqdim edir.

Novruz bayramın da bitdi. Bayramdan bizə xatirə qalan xoş emosiyalar və əlbəttə ki, artıq çəkidir. Bəs Bakı sakinləri pəhriz saxlayırmı? Saxlayırlarsa, hansı qidalardan imtina edirlər?

Rəyi soruşulmuş sakinlərin dörddə biri (28 %) son 2 ildə bir neçə dəfə pəhriz saxladığını bildirib. Pəhriz saxlayanlar əsasən sağlamlıq (50 %) və gözəllik (44 %) xatirinə nəfsini boğmaq məcburiyyətində qalıb. 6 % respondent isə idman formasında qalmaq üçün pəhriz tutduğunu qeyd edib.

“Pəhriz tutarkən hansı qidalardan imtina edirsiniz?” sualına əsasən yağlı (61 %), şirin (56 %) və un məmulatları (46 %) cavabları verilib.

Bəs paytaxt sakinləri özlərinə uyğun pəhrizi necə seçirlər? Sorğu nəticəsində məlum olub ki, pəhriz saxlayanların yarıdan çoxu (59 %) hansı pəhrizi tutacağına özü qərar verir. 34 % üçün isə həkim məsləhəti bu məsələdə daha önəmlidir. Pəhriz saxlayanların hər on nəfərindən biri (11 %) dost-tanış məsləhəti və təcrübəsini əsas götürür.

Pəhriz heç də hər kəsə eyni cür təsir etməyib. Pəhriz tutanların tam yarısı tutduğu pəhrizin yaxşı təsirini çox gördüyü (59 %) halda, 45 % pəhrizin effektini az hallarda hiss etdiyini bildirib. 6 % respondent pəhrizin çəkisinə heç bir təsir göstərmədiyini bildirib.

Sorğu 24 dekabr – 3 yanvar tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/193999.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR