"Türkiyənin üçtərəfli toplantıları Bakıda keçiriləcək" - ÇAVUŞOĞLU

"Türkiyənin üçtərəfli toplantıları Bakıda  keçiriləcək" - ÇAVUŞOĞLU
14:54 6 Aprel 2017
97 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycan və Türkiyənin - iki qardaş ölkənin xarici siyasət sahəsində əlaqələri ən yüksək səviyyədədir”.
  
Bunu APA-ya Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
 
Nazir bildirib ki, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə arasında münasibətlər iki qardaş arasında necə ola bilərsə, o cürdür.
 
“İki ölkənin xarici işlər nazirləri arasında da münasibətlər yüksək səviyyədədir. Azərbaycana xidmət etməkdən hər zaman böyük məmnunluq duyuruq. Mütəmadi təmaslarımız, əlaqələrimiz var, görüşlər keçiririk. Türkiyə-Azərbaycan-Gürcüstan və Türkiyə- Azərbaycan-Türkmənistan üçtərəfli toplantılar keçiriləcək. Bakı bu görüşlərə ev sahibliyi edəcək”, - deyə nazir əlavə edib.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271506

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR