Qüsursuz birinci ledilərin eleqant stili - FOTOLAR

Qüsursuz birinci ledilərin eleqant stili - FOTOLAR
15:18 6 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Dünən Amerika prezidenti Ağ Evdə İordaniya kralı II Abdulla ilə xanımı kraliça Raniyəni qəbul edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, iki dövlət başçısı İŞİD-ə qarşı Suriyada təhlükəsizlik bölgələrinin yaradılması və fələstin-israil sülh danışıqları mövzusunda söhbət edib. D.Tramp İordaniyanın Yaxın Şərqdə təhlükəsizliyə əsas nümunə olduğunu bildirib.

Birinci xanımlar isə ərlərini müşayiət etmək funksiyasını öz üzərinə götürüb. Kraliça Raniya və Melaniya Tramp az danışıb, amma hər ikisi qüsursuz görkəmi ilə dəb tənqidçilərinin müsbət rəylərini qazanıb. Görünür ki, hər iki ledi - Melaniya və Raniyə bu görüşə diqqətlə hazırlanıb.

İki dəb ikonasının görüşü yüksək səviyyədə keçib. Tramp və II Abdulla Suriyada münaqişənin gərginləşməsi ilə bağlı ciddi danışıqlar aparan zaman dövlət başçılarının xanımları qızlar üçün tikilmiş “Excel Academy” yerli məktəbi ziyarət edib.

Amerika prezidentinin böyük qızı İvanka Tramp isə seçdiyi ağ rəngli romantik, eyni zamanda ciddi kostyumu ilə birinci xanımlardan geri qalmayıb.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/deb/194007.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR