Cərimələnən "Təcili yardım"ın işinə yenidən baxılacaq - RƏSMİ

Cərimələnən "Təcili yardım"ın işinə yenidən baxılacaq - RƏSMİ
15:24 6 Aprel 2017
76 Digər
Ölkə mətbuatı
A- A+

Ağdaş Mərkəzi Xəstəxanasından ağır infarkt diaqnozu ilə Bakıya köçürülməli olan xəstəni daşıyan təcili tibbi yardım maşını 310 manat cərimələnib. Xəstəxana rəhbərliyi isə cərimələri işçinin maaşından kəsir. 

Bakının tıxaclı yollarında da xəstə daşıyan təcili tibbi yardım maşınlarının sürət həddini aşması ilə bağlı kifayət qədər məlumatlar var. Bu məsələ Ağdaşda baş verən hadisə ilə bağlı bir daha gündəmə gəldi. Müvafiq qurumların olaya münasibəti də maraqlı oldu. 

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Lent.az-a bildirib ki, təcili tibbi yardım maşınları üçün xüsusi yol-hərəkət qaydaları var ki, sürücüılər bu qaydalara riayət etməlidirlər.  

 

S. Əhmədovanın sözlərinə görə,  təcili tibbi yardım maşınları sürət həddini aşa bilər, amma sürücülər xəbərdarlıq etmək üçün sayrışan işıq və xüsusi səs siqnalını qoşmalıdırlar: “Təcili tibbi yardım maşının sürücüsü həm öz həyatı həm də maşında apardığı xəstə və əməkdaşlarının həyatı üçün məsuliyyət daşıyır, ona görə müəyyən təhlükəsizlik təmin olunmalıdır. Sürət həddini aşan, eləcə də cərimələr tətbiq edilən təcili tibbi yardım sürücülərinə polis əməkdaşları tərəfindən güzəştlər də edilir”.

Dövlət Yol Polisinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev isə Lent.az-a deyib ki, operativ nəqliyyat  vasitələri  hərəkət zamanı digər nəqliyyat vasitələri qarşısında hərəkət üstünlüyü hüququna malik olduqlarına görə “Yol hərəkəti haqqında” Qanunun tələblərindən kənara çıxa bilərlər: "Lakin hərəkətin başqa iştirakçıları qarşısında üstünlük almaq üçün belə nəqliyyat vasitələrinin sürücüləri sayrışan işıq və xüsusi səs siqnalını qoşmalıdırlar".

K.Əliyev qeyd edib ki, sözügedən məsələ ilə bağlı elektron protokol Ağdaş rayon Təcili Tibbi Yardım  Stansiyasına göndərilib: “Həmin stansiyanın rəhbərliyi protokol onlara daxil olan andan etibarən 5 gün ərzində sürücü haqqında məlumat verməlidir. Təcili tibbi yardım maşınının çağırışa gedən zaman, yoxsa çağırışdan kənar halda qayda pozuntusuna yol verdiyi müəyyən edilməlidir. Əgər qayda pozuntusu iş vaxtı baş veribsə və bunu nəqliyyat vasitəsinin məxsus olduğu müəssisənin rəhbərliyi təsdiq edərsə, o halda inzibati xəta haqqında protokollara xitam verilir”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271507

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR