İsrail ordusu ölkənin cənubundakı Neqev çölündə olan Əl-Arakib kəndini yerlə yeksan edib.
Metbuat.az bildirir ki, ordu buldozerlərdən də istifadə edərək kəndə daxil olub. Yerli Kənd Müdafiə Komitəsindən verilən məlumatda Əl-Arakibdə 87 nəfərin yaşadığı qeyd olunur. İsrail ordusunun davamlı olaraq kəndə hücum etməsi böyük dağıntılar və insan tələfatı ilə müşahidə olunur. Buna baxmayaraq, kənd sakinləri yaşayış yerlərini tərk etməməkdə israrlıdırlar.
Orxan / Metbuat.az