İndoneziya futbol komandası İslam Oyunlarına buraxılmadı - Səbəbini nazir açıqladı

İndoneziya futbol komandası İslam Oyunlarına buraxılmadı - Səbəbini nazir açıqladı
15:52 6 Aprel 2017
88 İdman
Ölkə mətbuatı
A- A+

Gənclər və idman naziri, "Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin Baş icraçı direktoru Azad Rəhimov İndoneziyanın futbol komandasının Oyunlara daxil edilməməsinə aydınlıq gətirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, A.Rəhimov bunu İndoneziya tərəfinin vaxtında cavab verməməsi ilə əlaqələndirib: "Hər şeydən əvvəl deməliyəm ki, "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında yarışmaq üçün İndoneziyanın komandalarını görməyə çox şadıq və onları Azərbaycanda salamlamağı səbirsizliklə gözləyirik. Məhz futbol yarışlarına gəldikdə isə, təəssüflə qeyd etməliyəm ki, biz futbol yarışında iştirak haqqında rəsmi bildirişi vaxtında ala bilmədik, o üzdən də onlar futbol üzrə yarışan millətlər siyahısına daxil edilməyib. Bundan sonra da daxil edilməsi gecdir, çünki bu gün artıq püşkatma keçiriləcək və biz cədvəli dəyişə bilmərik".

Qeyd edək ki, İndoneziya Milli Olimpiya Komandası bu məsələ ilə bağlı məktubla Azərbaycana müraciət edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/532671.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR