Qədim Azərbaycan şəhəri uğrunda ermənilərin davası - BÖYÜK QARŞIDURMA

Qədim Azərbaycan şəhəri uğrunda ermənilərin davası - BÖYÜK QARŞIDURMA
16:13 6 Aprel 2017
124 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanda parlament seçkilərindən sonra İrəvan mer postu uğrunda siyasi intriqalar qızışıb.

Publika.az
xəbər verir ki, “Qraparak” qəzeti baş nazir Karen Karapetyanın öz adamının mer postunda gətirmək istədiyini yazır: “Parlament seçkilərində iştirak edən siyasi güclər İrəvan Ağsaqqallar Şurasındakı seçkidə də mübarizəyə hazırlaşır. Aprelin 12-də siyasi güclər şuraya öz namizədlərini təqdim etməlidir. Karen Karapetyan öz namizədinin mer olmasını istəyir. O, xüsusilə milyarder qardaşı Samvel karapetyanın irəvandakı biznesini inkişaf etdirmək üçün şəhərə nəzarəti ələ almaq niyyətindədir. Belə razılıq var ki, seçkidən sonra Sarkisyan təhlükəsizlik məsələləri ilə məşğul olacaq, Karapetyan isə iqtisadiyyatla. İrəvan da ölkə iqtisadiyyatının əsasını təşkil edir. Lakin o da mümkündür ki, Karapetyan baş nazir olacaq və İrəvan meriyasını “Sarukyan” blokuna güzəştə gedəcək. Mənbələr danışır ki, İrəvan merliyinə Qaqik sarukyanın kürəkəni, keçmiş baş nazir Ovik Abramyanın oğlu Arqam Abramyan namizəddir. Samvel Karapetyanla Ovik Abramyanın gözlənilən görüşündə bu məsələ müzakirə olunacaq”.

“Jamanak” qəzeti yazır ki, “Yelk” (Çıxış) bloku da İrəvanın mer postuna öz namizədini irəli sürməyi planlaşdırır.

“Yelk”in namizədi blokdan deputat seçilən Nikola Paşinyan ola bilər”, - deyə qəzet bildirib.

“Aykakan jamanak” qəzeti isə hakim Respublika Partiyasının hazırki mer Taron Marukyanın namizədliyini yenidən irəli sürəcəyini yazır. Namizədlərin irəli sürülməsi üçün sonuncu tarix aprelin 9-dadır.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/194019.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR