Bakıda avtobus qəzası

Nərimanov rayonu ərazisində yol qəzası baş verib.

Metbuat.az bildirir ki, qəza Ziya Bünyadov prospektində "Çermet" körpüsündə baş verib.

Körpüdən əsas yola çıxan 10 TG 291 nömrəli 20 saylı marşrut avtobusu qarşısındakı 5 avtomobili sürüyərək yolun kənarına çıxarıb. Bu zaman 51 BC 837 nömrəli "VAZ 2104" markalı, 90 UJ 478 nömrəli "Mercedes" markalı avtomobillərə ciddi ziyan dəyib. Digər maşınlar isə yüngül əzilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR