Xərçəng xəstəliyi öz-özünü müalicə edə biləcək

İsrailin Təl-Əviv Universitetinin elm adamları xərçəng xəstəliyi ilə bağlı maraqlı araşdırma aparıblar.

Metbuat.az xəbər verir ki, sürətlə təkrarlanan xərçəng hüceyrələri bölünərkən, onları öldürən üç proteinə diqqəti toplayıblar. Araşdırmaya həkim professor Malka Cohen-Armon başçılıq edib. Araşdırmaçılar mitoz bölünmə əsasında bu proteinlərin xərçəng hüceyrələrinin özündə olan öz-özünü yox etmə mexanizmini aktiv etdiyini kəşf edib. Araşdırma “Oncotarget” jurnalında yayımlanıb.

Professor Cohen Armonun sözlərinə görə, “Bu xüsusi mexanizmanın kəşfi ilə sağlam hüceyrələrə zərər vermədən xərçəngli hüceyrələr öldürülə bilər. Bu mexanizma bir çox xərçəng növlərində işə yarayır. Xərçəng hüceyrələrinin mitoz bölünmə əsnasında sürətlə çoxalması əngəllənərək, yox edilir. Həkim qeyd edib ki, bu mexanizm müalicə olunmayan ağciyər, yumurtalıq, pankreas, qan və beyin xərçəng növlərində test edilib.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR