Ermənilər Tərtərdə evləri atəşə tutub

Ermənilər Tərtərdə evləri atəşə tutub
16:29 6 Aprel 2017
99 Digər
Ölkə mətbuatı
A- A+

 

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir. Lent.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, aprelin 6-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri 60 millimetrlik minaatanlardan istifadə etməklə Tərtər rayonunun Qapanlı kəndini atəşə tutublar. Atəş nəticəsində mülki əhalinin şəxsi təsərrüfatına ziyan dəyib.

 

Silahlı Qüvvələrimizin bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271514

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR