İcra başçısı şəhid anasının əlindən öpdü

Bu gün Şəmkir rayonunda şəhid hərbi qulluqçu Təbriz Əsgərovun məzarı ziyarət edilib.

Metbuat.az bildirir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov şəhidin məzarı qarşısında çıxış edib: “Mən bütün Şəhid analarının qarşısında diz çökürəm. Nə qədər ki, canımız sağdır, şəhid analarının qarşısında diz çöküb, onların əllərindən öpmək lazımdır. Necə ki, indi mən bunu edəcəm".

O, daha sonra şəhidin anasının əllərindən öpüb.

Qeyd edək ki, Təbriz Hamlet oğlu Əsgərov- 1993-cü il yanvarın 12-də Şəmkir şəhərində anadan olub. O, 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Təbriz Əsgərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR