Ukraynada gərginlik

Ukraynanın Baş naziri Vladimir Qroysman Donbasda aprelin 1-dən etibarən atəşkəsin 250 dəfə pozulduğunu açıqlayıb.

Metbuat.az bildirir ki, Rusiya meylli birləşmələrin Donbasda 406 tank, 848 zirehli texnika, 732 artilleriya sistemi və başqa hərbi vasitələrinin olduğu bəyan edilib. Separatçıların təxminən 40 min nəfər olduğu, 4 min rus əsgərinin isə bölgədə davamlı olaraq əməliyyatlar apardığı diqqətə çatdırılıb. Eyni zamanda, separatçıların Rusiya tərəfindən maliyyələşməsi, onların silah-sursatla təmin olunması da vurğulanıb.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR