Saxta endirimlər son dövrünü yaşayır

Saxta endirimlər problemi son illərin ən çox diqqətçəkən məsələlərindən biridir.

Əvvəllər, xüsusilə bayram ərəfəsində vitrinlərdə geyimlərə “30-50-80 faiz endirim”, “Hər nə alsan, 10 manat”, “2 al+bir hədiyyə” yazılmış endirim kampaniyalarını görsək də, artıq bu adi hala çevrilib. Belə ki, indi mərkəzdə olan əksər mağazaların şüşələrini belə elanlar bəzəyir. 50-60% qiymət endirimləri elan edilsə də, reallıqda azalma 10-15% olur. Bəzilərində is real qiymət endirimləri ümumiyyətlə baş vermir.

Bəzi mağazalarda məhsulların üzərindəki etiketlərdə yalnız endirimli qiymətlər öz əksini tapır. Endirimdən əvvəlki qiymətə isə rast gəlinmir. Belə olan halda müştəri aldığı məhsulun qiymətində həqiqətən endirim olub-olmadığını dəqiqləşdirə bilmir. Bu isə istehlakçı hüquqlarının kobud şəkildə pozulması deməkdir.

Qanunda birmənalı şəkildə qeyd edilir ki, satılan bütün məhsulların üzərində maddi məsul şəxsin imzası olan rəsmi qiymət sənədi və sertifikatı olmalıdır. Müştərinin həmin sənədləri tələb etmək hüququ var.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli endirimlərin vəziyyətindəki bəzi dəyişikliklərdən söz açıb.

“Əvvəllər məhsulların qiyməti 50-60% endirim altında satılırdı. Son zamanlar isə real endirimləri görmək mümkündür. Tanınmış brendlər belə həqiqi endirimlə məhsul satır. Bu alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə bağlıdır. İnsanlar geyimdən daha çox ərzağa pul xərclədiklərindən, mağazalar çıxılmaz vəziyyətə düşüb. Əksər insanlar hazırki vəziyyətdə qənaət etməklə, sonrakı dövrlərdə qiymətlərin necə olacağını gözləyir".

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR