Füzulidə aprel şəhidi Əlvan Hüseynov yad edilib

Füzulidə aprel şəhidi Əlvan Hüseynov yad edilib
16:59 6 Aprel 2017
114 Digər
Ölkə mətbuatı
A- A+

Füzuli rayon 5 saylı Zobcuq qəsəbəsində yerləşən 39 saylı tam orta məktəbin heyəti Lələ təpə yüksəkliyinin qaytarılmasında qəhrəmancasına şəhid olmuş Əlvan Qafar oğlu Hüseynovun il mərasimində iştirak ediblər.

 

Lent.az-ın məlumatına görə, il mərasimində ictimaiyyət nümayəndələri ilə yanaşı, Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev də iştirak edib.

 

 Şagirdlər müəllim kollektivi ilə birgə "Qarabağ bizimdir, bizim olacaq!”, "Şəhidlər ölməz, vətən bölünməz!” şüarı ilə şəhidin evini ziyarət ediblər. Füzuli rayon 39 saylı orta məktəbin direktoru Həcər Teymurova deyib ki, məktəbin Əlvan Hüseynov kimi vətənini, millətini sevən vətənpərvər şagirdi olduğu üçün fəxr edir.

 

Daha sonra vətənpərvərlik mövzusunda uşaqlar tərəfindən kompozisiyalar təqdim edilib, şerlər söylənilib. İl mərasimindən sonra Füzuli rayon 39 saylı məktəbin şagird və müəllim kollektivi şəhidin məzarını ziyarət edib.

 

Qeyd edək ki, Əlvan Hüseynov ölümündən sonra prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "igidliyə görə" medalı ilə təltif olunub. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271510

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR