Təhsil Nazirliyindən müəllimlərə MÜRACİƏT

Təhsil Nazirliyindən müəllimlərə MÜRACİƏT
17:05 6 Aprel 2017
2209 Ölkə
Ölkə mətbuatı
A- A+

Təhsil Nazirliyi bəzi şəhər və rayonlarda fəaliyyət göstərən müəllimlərin diaqnostik qiymətləndirməyə buraxılmaması məsələsinə aydınlıq gətirib.

Milli.Az xəbər verir ki, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov APA-ya açıqlamasında bildirib ki, müəllimlərin işə qəbulu yalnız müsabiqə yolu ilə həyata keçirilir. Onun sözlərinə görə, Təhsil Nazirliyi müsabiqədən kənar işə qəbul halları ilə mübarizə aparır və belə hallar aşkar olunduqda nazirlik tərəfindən tədbirlər həyata keçirilir: "Bunlara həmin müəllimlərin diaqnostik qiymətləndirməyə buraxılmaması, bu işdə səlahiyyətli şəxslərin cəzalandırılması daxildir".
 
Nazirlik rəsmisi qeyd edib ki, müsabiqədənkənar işə qəbul olunan şəxslər yenidən müəllim kimi fəaliyyət göstərmək istəyirlərsə, işə qəbul üzrə müsabiqədə (imtahan və müsahibə) iştirak etməlidirlər. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/532704.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR