Dünya bu görüntülərdən danışır

Hindistanın Uttar Pradeş əyalətindəki meşəlik ərazidə tapılmış qız dünyanın diqqətini cəlb edib.

Metbuat.az-ın məlumatına görə, 8 yaşlı uşaq meymun kimi gəzir, heyvanlara məxsus davranışlar sərgiləyir. O, yerimək əvəzinə sürünməyə cəhd edir. Qızcığazın hansı dildə danışdığı da hələlik müəyyən edilməyib.

Polisin məlumatına görə, uşaq Nepal sərhədinə yaxın ərazidə meymunlar arasından tapılıb. Onun səhhətinin normal olduğu deyilir. Hazırda qızcığaz xəstəxanada müşahidə altında saxlanılır. Hüquq-mühafizə orqanları uşağın kimliyini araşdırır. Başverənlər məşhur "Mauqli" cizgi filmini xatırladıb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR