Saakaşvilinin şousu başladı

Saakaşvilinin şousu başladı
17:22 6 Aprel 2017
220 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş rəhbəri Mixail Saakaşvilinin Ukraynanın "Zik" telekanalında siyasi tok-şousu başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə M.Saakaşvili özü Facebook səhifəsində yazıb.

O qeyd edib ki, "Başqa Ukrayna" verilişinin ilk buraxılışı yüksək reytinqlər toplayıb.

Verilişin qonaqları Ali Radanın deputatları və ekspertlər olub.

Qeyd edək ki, M.Saakaşvilinin siyasi tok-şou aparacağı martın sonlarında elan olunmuşdu. Veriliş hər həftənin üçüncü günü axşam saatlarında efirə çıxacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/532703.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR