Yusif Səfərov küçəsinin açılacağı TARİX BİLİNDİ

Yusif Səfərov küçəsinin açılacağı TARİX BİLİNDİ
17:27 6 Aprel 2017
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən Üzeyir Hacıbəyli və Afiyəddin Cəlilov küçəsi ilə kəsişməyədək olan 1250 metrlik hissədə təmir işləri başa çatmaq üzrədir.

Milli.Az bildirir ki, bu barədə özəl olaraq Trend-ə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Qurum rəsmisi bildirib ki, təmir işləri ilə əlaqədar sözügedən hissədə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək yeni asfalt örtüyü döşənir. Ümumilikdə küçənin 25 min kvadratmetr sahəsi asfaltlanacaq.

A.Nəcəfli bildirib ki, asfaltlama işləri artıq yekunlaşmaq üzrədir. Ərazidə yolcizgi və yolgöstərici xətlər çəkiləcək, zəruri olan yerlərə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq.

Yolda təmir işləri həftənin sonuna qədər yekunlaşacaq və yeni yol sürücülərin istifadəsinə veriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/532746.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR