Nicat Qurbanov: “Səhvim vardı, bunu danmıram”

Nicat Qurbanov: “Səhvim vardı, bunu danmıram”
17:37 6 Aprel 2017
87 İdman
Ölkə mətbuatı
A- A+

"Bir ay demək olar ki, Premyer Liqada futbol oynamadım, bu da oyunçu üçün böyük cəzadır. Səhvimi də başa düşürəm. Səhvim vardı, bunu danmıram. Bundan sonra belə şeylərə yol verməyəcəm”. Fanat.Az xəbər verir ki, bunu "Kəpəz”in futbolçusu Nicat Qurbanov klubun saytına deyib.


Topaz Premyer Liqasının XX turunun "Kəpəz” – "Qəbələ” matçının 38-ci dəqiqəsində rəqib futboçu Nika Kvekveskiriyə əllə zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alan və 4 oyunluq cəzalanan 25 yaşlı müdafiəçi həmin səhvi təkrarlamayacağını söyləyib. O, klubun rəsmi saytına açıqlamasında baş məşqçi Şahin Diniyevdən şans gözlədiyini vurğulayıb: "Cəzalandığıma görə 4  oyunda iştirak etmədim və bununla da komandaya yardımçı ola bilmədim. Özüm də futbolsuz qaldım. Bundan sonra "Kəpəz” üçün daha yaxşı nədirsə, onu etməyə çalışacam. Futbol oynamasam da, məşqlərə öz qaydasında davam etmişəm. Formada qalmaq üçün iki matç əvəzedici heyətdə oynamışam. Baş məşqçimiz Şahin Diniyev şans versə, qarşıdakı turda komandaya oynamaqla kömək etmək istəyirəm”.


Qeyd edək ki, "Kəpəz” Premyer Liqanın XXV turunda "Neftçi”ni qonaq edəcək. Aprelin 9-da keçiriləcək görüş saat 16:00-da başlayacaq.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-nicat-qurbanov-shvim-vard-bunu-danmram-t57398.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR