10 min hektar ərazi quraqlıqdan qurtulacaq - FOTO

10 min hektar ərazi quraqlıqdan qurtulacaq - FOTO
17:47 6 Aprel 2017
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Zərdab rayonu ərazisində 10 min hektar ərazinin suvarma təminatının yaxşılaşdırılması layihəsinin icrası yekunlaşmaq üzrədir.

"Azərsu" ASC-dən Milli.Az-a verilən məlumata görə, ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatıİcrasına fevral ayında başlanmış layihəyə uyğun olaraq əkin sahələrinə su Kür çayından veriləcək. Bu məqsədlə çayın sahilində məhsuldarlığı saniyədə 3 kubmetr olan sugötürücü qurğunun, nasos stansiyasının, təzyiqqırıcı kameranın və magistral kəmərin inşası layihələndirilib.

Əkin sahələrinə suyun nəqli diametri 1400 mm olan kəməri vasitəsi ilə həyata keçiriləcək. İşlərin qısa müddətdə başa çatdırılması məqsədilə boruların qaynaqlanması və torpağa basdırılması paralel olaraq 4 nöqtədə aparılmış və kəmərin tikintisi yekunlaşıb.

Sugötürücü qurğuda suyığıcı kameranın giriş və çıxış hissələrinin bünövrəsi tam betonlanıb, monolit beton divarların armaturlanması işləri tam yekunlaşıb, betonlama işlərinə hazırlıq görülür.

Nasos stansiyasının tikintisi çərçivəsində isə betonlama və izolyasiya işləri aparılıb, nasosların mexaniki hissələrinin quraşdırılmasına başlanılıb. Nasos stansiyasını elektrik enerjisi ilə təmin etmək üçün 4 mvt-luq transformatorun və 35 kvt-luq paylayıcı qurğunun bünövrə hissəsinin tikintisi davam etdirilir. Qurğuları elektrik enerjisi ilə təmin etmək üçün Zərdab 35/10 kilovoltluq yarımstansiyasından 4 km elektrik xətti çəkilib, 81 ədəd dayaq quraşdırılıb.

Zərdab rayonunda həyata keçirilən suvarma layihəsi üzrə tikinti-quraşdırma işlərinin aprel ayında başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, "Azərsu" ASC Zərdab rayonu ilə yanaşı, Hacıqabul və Şamaxı rayonlarında, Padarçöl adlanan ərazidə 10 min hektar ərazidə suvarma layihəsinin icrasına başlanıb. Bu ərazinin suvarılması Hacıqabul rayonunun Talış kəndi yaxınlığındakı Kür sutəmizləyici qurğularının imkanlarından istifadə etməklə aparılacaq. Bu məqsədlə təmizləyici qurğudan Padarçöl ərazisinə 27 km magistral kəmərin inşası layihələndirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/532693.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR