Daşkənddə NATO-nun bürosu bağlandı

Daşkənddə NATO-nun bürosu bağlandı
17:52 6 Aprel 2017
99 Dünya
Ölkə mətbuatı
A- A+

NATO-nun Daşkənddə yerləşən Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq bürosu aprelin 1-dən bağlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə büronun əməkdaşı RİA Novosti-yə bildirib.

Büronun bağlanmasına səbəb kimi alyansın bu regionda təmaslar üzrə strukturunda dəyişikliklər göstərilir.

Alyansın Daşkənddəki ofisinin bağlanması haqqında qərar 2016-cı ilin payızında qəbul olunub. Ötən ilin noyabrında NATO-nun Mərkəzi Asiyadakı bürosunun rəhbəri Rozariya Pulizi bildirmişdi ki, ofisin bağlanması büdcəyə daxili baxılma ilə bağlıdır və siyasi xarakter daşımır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/532708.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR