Elməddin Cəfərovun XƏCALƏTLİ KEÇMİŞİ: “Çox tövbə edirəm ki...”

Elməddin Cəfərovun XƏCALƏTLİ KEÇMİŞİ: “Çox tövbə edirəm ki...”
17:53 6 Aprel 2017
894 Şou
Ölkə mətbuatı
A- A+

Elməddin Cəfərov vaxtı ilə “Tək səbir” verilişində geyindiyi kostyuma görə xəcalət hissi keçirdiyini etiraf edib, Vanqa nənəyə isə özünə gün ağlamağı məsləhət görüb.

Publika.az-ın “Üç nöqtə” layihəsinin suallarını bu həftə məşhur aktyor cavablandırıb.

- İndiki ağlım olsaydı...

- Ağlıma bir çox fikir gəlir, amma yalandan deyəməyəcəm ki, daha böyük işlər görə bilərdim. İndiki ağlım olsaydı, burada deyildim, bəlkə də daha aşağıda idim..

- Zəmanət verə bilərəm ki...

- Yalandan proqnoz verə bilmərəm. Ümid edirəm ki, hər kəsin işi uğurlu olar.

- Dünyanı dəyişə bilsəydim...

- Müharibələr törədən bütün insanları ayırardım, sülh və sevgi dolu bir cahan yaradardım.

- Kişilərə o qadınlara xəyanət etmir ki...

- Xəyanətin nə olduğunu bilmirəm, ailə mənim üçün müqqəddəsdir. Həyat yoldaşıma heç vaxt xəyanət etməmişəm.

- Seviləsi qadın olmağın ilkin şərti...

- Diqqətcil, qayğıkeş və baxımlı olmalıdır.

- Qadına qarşı şiddət...

- Dözülməzdir.

- Vicdanım haqqı...

- Vicdanım haqqı qadına qarşı şiddətə pis baxıram.

- Mən təəssüf edirəm ki...

- Heç nəyə təssüf etmirəm, mənim üçün peşmançılıqdan əhəmiyyətsiz duyğu yoxdur.

- Yaxşı gündə, pis gündə...

- Ailəmin yanındayam.

- Vanqa nənə ilə görüşsəydim...

- Vanqa nənəyə deyərdim ki, camaatın falına az baxsın, gedib özünə gün ağlasın.

- Ən böyük səhvim...

- Çox olub.

- Bəşəriyyətin gələcəyini düşünəndə...

- Hesab edirəm ki, gələcəkdə başqa planet və sivilizasiyalarla əlaqəmiz olacaq.

- Günahlarım yadıma düşəndə...

- Çox utanıram, günahlarımın bağışlanması üçün çox tövbə edirəm.

- Ona görə, xəcalət çəkirəm ki...

- “Tək səbir” verilişində əyminə böyük olan kostyumu geyindiyimə görə xəcalət çəkirəm. İndi onu palto kimi geyinirəm, heç kim tuta bilmir.

- Unuda bilmədiyim şəxs demək istəyirəm.

- Səni unutmuşam.

- Oğullarıma məsləhət görürəm ki...

- Dərslərini çox yaxşı oxumalarını, savadlı, intellektual, geniş dünyagörüşü olan şəxsiyyət kimi formalaşmalarını istəyirəm.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/194031.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR