Ən böyük asteroid görüntüləndi

"Virtual Teleskop Proyekti" çərçivəsində Arizonadakı teleskop vasitəsilə 2017-ci ilin ən böyük asteroidinin görüntüsü əldə edilib.

Metbuat.az xəbər verir ki, teleskop asteroid ətrafındakı ulduzlar vasitəsilə görüntünü ortaya çıxara bilib. Onun son dəfə 1961-ci ildə NASA-nın uçuş laboratoriyasında görüntülənən asteroidlə bənzərliyi olduğu deyilir.

Asteroidin 2013-cü ildə Mars, 2014-cü ildə isə Venera planetləri tərəfindən sovrulduqdan sonra ilk dəfə Yer kürəsinə qayıtdığı deyilir.

NASA bu ay ərzində Yer kürəsinə yaxın ərazidən keçən 15 cisimlə yanaşı, ən yaxın asteroidin məhz bu olduğunu deyir.

Son dəfə bu ilin martında 3 metrlik bir cismin Yer kürəsinə 1600 km məsafədə yaxınlaşdığı qeydə alınıb.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR