UNEC kollektivi aprel şəhidi olan məzunların xatirəsini yad edib

UNEC kollektivi aprel şəhidi olan məzunların xatirəsini yad edib
18:04 6 Aprel 2017
82 Digər
Ölkə mətbuatı
A- A+

 

 

 

Bu gün UNEC universitetinin professor-müəllim heyəti və tələbələr aprel döyüşlərində şəhid olan məzunların ailə üzvləri ilə birlikdə onların məzarını ziyarət ediblər.

 

Universitetdən Lent.az-a verilən məlumata görə, əvvəlcə universitetin auditoriyalarında aprel şəhidlərin xatirəsi yad edilib.

 

 Biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədov şəhid Tural Dadaşovun ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqləndiyinə görə” III dərəcəli medalla təltif edildiyini bildirərək, bunu şəhidə verilən yüksək dəyər kimi qiymətləndirib.

 

Tural Əhmədovun anası Kəmalə Dadaşova oğlu ilə fəxr etdiyini bildirib.

 

 Şəhidin müəllimləri, tələbə yoldaşları onunla bağlı xatirələrini bölüşüblər. Turalın çalışqan, dərslərinə məsuliyyətlə yanaşdığını, fakültənin ictimai həyatında fəal iştirak etdiyini və kollektivin hörmətini qazandığını bildiriblər. Çıxış edənlər Turalın hər bir azərbaycanlı üçün örnək olduğunu və onlarla qürur duyduqlarını vurğulayıblar.

 

İqtisadiyyat fakültəsinin dekanı, dosent Asiman Quliyev şəhid Mahir Mirzəyevin tələbə olarkən daima öz fəallığı ilə xüsusi fərqləndiyini diqqətə çatdırıb: “Mahir tək tələbə kimi yox, həm də əsgər kimi fərqləndi. Hərbi əməliyyatlarda göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqləndiyinə görə” III dərəcəli medal ilə təltif edildi. Mahirin işıqlı xatirəsi daima qəlbimizdə yaşayacaq”.

 

Şəhidin atası Sabir Mirzəyev, müəllimləri, tələbə yoldaşları onunla bağlı xatirələrini bölüşüblər. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271519

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR