Litvalı jurnalist erməni vəhşiliyindən yazdı

Müharibələrin nəticələri nə qədər ağır olsa da, onun ən acı həqiqətlərini uşaqların simasında görmək olar. Çünki yaşıdları ilə birlikdə oyun oynayıb, əylənmək varkən, əfsus ki, bir çox uşaqlar bu gün müharibələrə görə silah mərmiləri, bomba səsləri, yaxud şəhid xəbərləri ilə böyüyür.

Metbuat.az bildirir ki, azərbaycanlı uşaqlar da müharibələrdən əziyyət çəkənlər sırasındadır. Ermənistanla Azərbaycan arasında atəşkəs elan olunsa da, elə bir gün yoxdur ki, ermənilər bu atəşkəsi pozmasın.Cəbhə bölgələsində yaşayan ailələrin uşaqları da oyun oynamaq üçün öz doğma torpaqlarında böyük dünyalarını kiçik sərhədlərə sığışdırmaq məcburiyyətindədir. Onlar yaxşı bilirlər ki, yalnış atılmış bir addım həyatları bahasına başa gələ bilər. Bunu isə bizimlə yanaşı, bir çox dünya ölkələri, o cümlədən həmin ölkənin jurnalistləri də görür və qətiyyətlə pisləyir. Litvalı jurnalist də o uşaqların dünyasına elə onların gözü ilə baxıb. O, sosial şəbəkədə erməni əsgərinin vəhşilikdə heç bir sərhəd tanımadığını bu şəkillə dilə gətirib.

“Cəbhə xəttindəki uşaqlıq. Bu uşaq divardan o tərəfə keçə bilmir. Çünki ona erməni snayper atəş açacaq”.

Rəvan Nasiroğlu / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR