Azərbaycanlı modelyer məşhur türk aktyoru ilə evlənir – FOTOLAR

Azərbaycanlı modelyer məşhur türk aktyoru ilə evlənir – FOTOLAR
18:18 6 Aprel 2017
824 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanın tanınmış modelyeri Zümrüd Mirzəliyeva Əli Dərəli adlı yaraşıqlı türk aktyoru ilə evlənməyə hazırlaşır.

Publika.az xəbər verir ki, 3 ildir tanış olan cütlük münasibətlərini rəsmiləşdirmək qərarına gəlib.

Birinci toy mayın 9-da Bakıda baş tutacaq. Toyda ictimai xadimlər, moda və şou dünyasının tanınmış simaları iştirak edəcək. İkinci toy isə iyul ayında Türkiyədə baş tutacaq.

Qeyd edək ki, Ali Dereli model, müğənni və aktyor kimi fəaliyyət göstərir. O, karyerasına “Mum” adlı mahnı və klipi ilə başlayıb. Daha sonra isə “Arka sokaklar”, “Kanıt”, “Aşk-ı Memnu” kimi seriallarda çəkilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/194039.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR