​NATO-nun Daşkənd bürosu bağlandı

NATO-nun Orta Asiya ölkələri üzrə Daşkənd bürosu 1 apreldən etibarən bağlanıb.

Metbuat.az xəbər verir ki, bu Alyans tərkibindəki struktur dəyişikliyi ilə bağlıdır. Büronun bağlanma məsələsi hələ 2016-cı ilin payızında qərara alınıb. Orta Asiya ölkələrinin rəhbərliklərinə bu haqda məlumat verilərək, əsas səbəb kimi NATO büdcəsinə baxış göstərilib. Qeyd edilib ki, qərar heç bir siyasi əhəmiyyət daşımır.

Büronun bağlanma prosesi 31 martda başlayaraq, 1 apreldə tamamlanıb.

Qeyd edək ki, Büro 2014-cü ilin mayında fəaliyyətə başlamışdı.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR