“Laqonda” ilə boğazını kəsdi - AĞDAŞDA

“Laqonda” ilə boğazını kəsdi - AĞDAŞDA
18:59 6 Aprel 2017
82 Digər
Ölkə mətbuatı
A- A+

Ağdaş rayon sakini bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
 
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Nehrəxəlil kəndində baş verib.
 
Kənd sakini, 1987-ci il təvəllüdlü Anar Yusifov yaşadığı evin həyətində təsərrüfat işləri görərkən işlətdiyi “laqonda” aparatı ilə metal kəsərkən ehtiyatsızlığa yol verib və onun üzərindəki kəsici alət qəflətən qırılaraq iki hissəyə bölünüb.
 
Nəticədə qırılan alətin bir hissəsi onun boyun və boğaz nahiyəsini kəsib. A. Yusifov təcili olaraq Ağdaş rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Cərrahiyyə əməliyyatı olunan A. Yusifovun həyatını xilas etmək mümkün olub. Çənəaltı vəzin və boyunun ön səthinin kəsilmiş-cırılmış yarası diaqnozu qoyulan xəstənin vəziyyəti hazırda orta ağır olaraq qalır. 
 
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271526

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR