Baharın satin parça dəbi - FOTOLAR

Baharın satin parça dəbi - FOTOLAR
19:08 6 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Satin ilk dəfə kişi köynəklərinin hazırlanması üçün astarlıq parça kimi tətbiq olunub. Lakin keyfiyyəti sayəsində yataq ağlarının hazırlanmasında da dekor olaraq geniş istifadə olunmağa başlayıb. Satindən hazırlanan geyimlər uzun illər axşam qarderobunun predmeti kimi də çıxış edib.

Publika.az xəbər verir ki, bu mövsüm satin parçadan tikilən platarları günün günorta çağı da geyinmək artıq caiz sayılır. İstər bluz, istər mayka, istər yubka, istər ayaqqabı, istərsə də bomber kurtkalar olduqca aktualdır. Yeri gəlmişkən, satin ayaqqabılar bu mövsüm əsas trendlər siyahısına daxil edilir, rahat olmsa da, ayaqda gözəl görünür.

Parçanın hamar və parıltılı olmasının səbəbi burada ağrac (parçanın eni istiqamətində bir-birinə paralel saplar) sapların istifadə olunmasıdır.

Satin parça nə qədər cəzbedici olsa da, mənfi tərəfləri də var. Məsələn, satin paltar 200-300 dəfədən çox yuyulduqdan sonra material bir az qaralmağa başlayır. O, ipəkdən ucuzdur, amma digər parçalardan baha.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/deb/194044.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR