Yunan futbolçu "İnter" yolunda

Yunan futbolçu "İnter" yolunda
19:47 6 Aprel 2017
103 İdman
Ölkə mətbuatı
A- A+

"İnter" yunan futbolçu transfer etmək istəyir. Fanat.Az xəbər verir ki, Milan klubu "Roman"nın mərkəz müdafiəçisi Kostas Manolasa elçi düşüb.


İddialara görə, "İnter" 25 yaşlı futbolçu üçün 40 milyon avro təklif edir. Paytaxt klubu 2019-cu ildə başa çatacaq müqaviləsini yeniləməyən Manolasın komandadan gedəcəyi deyilir. Onunla "Arsenal"ın da maraqlandığı dəqiqdi.


Qeyd edək ki, Kostas Manolas 2014-cü ildə "Olimpiakos"dan "Roma"ya 13 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" 25 yaşlı müdafiəçiyə 28 milyon avro qiymət qoyub. Yunan futbolçu cari mövsümdə 37 rəsmi oyuna çıxaraq 1 qol vurub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-yunan-futbolcu-quotnterquot-yolunda-t57401.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR