İslam Oyunları: 5 idman növündə püşkatma

İslam Oyunları: 5 idman növündə püşkatma
20:08 6 Aprel 2017
208 İdman
Ölkə mətbuatı
A- A+

Aprelin 6-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında beş idman növü üzrə püşkatma mərasimi keçirilir.

Publika.az xəbər verir ki, püşklər beş komanda idman növü - futbol, voleybol, basketbol 3x3, həndbol və su polosu üzrə atılacaq.

Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, 36 gündən sonra Azərbaycan dörd qitəni təmsil edən 50-dən çox ölkədən idmançıların mübarizə aparacağı IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Bu ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması Azərbaycanın ölkəmizdə əsrlərboyu mövcud olan mədəniyyətlər və dinlər arası dialoqun inkişafına diqqət və qayğısını nümayiş etdirir. Azərbaycan IV İslam Həmrəyliyi Oyunları vasitəsilə yüksək qonaqpərvərliyini, qədim ənənələrə sadiqliyini, zəngin mədəniyyətini dünyaya nümayiş etdirəcək. Bu Oyunlar idman vasitəsilə İslam ölkələri arasında qarşılıqlı əməkdaşlığın və həmrəyliyin inkişafına töhfə verəcək. Oyunların təşkilində könüllülərin rolunu xüsusi vurğulayan nazir onların bilik və bacarıqlarının, təcrübələrinin artırılması istiqamətində Əməliyyat Komitəsi tərəfindən bir sıra proqram və layihələrin həyata keçirildiyini bildirib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/194055.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR