Putin Suriyadakı kimyəvi qətliamdan danışdı:

Vladimir Putin İsrailin baş naziri Binyamin Netanyahu ilə telefon danışığı zamanı, Suriyanın İdlib vilayətində baş verən kimyəvi qətliamı müzakirə edib. Bu barədə rəsmi Kreml məlumat yayıb.

Metbuat.az xəbər verir ki, Rusiya prezidenti Netanyahuya detallı araşdırma aparmadan kimisə mühakimə etməyin düzgün olmadığını deyib:

"Kimə qarşı olursa-olsun, ətraflı və tərəfsiz araşdırma aparmadan əsassız ittihamlar irəli sürmək qəbuledilməzdir".

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının iclasında ABŞ səfiri Nikki Heyli Suriyada baş verənlərə görə Rusiya və Bəşər Əsəd rejimini günahlandırmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR