"Elarizi reklam etdim" - Elton

"Elarizi reklam etdim" - Elton
20:12 6 Aprel 2017
149 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Elton Hüseynəliyev həmkarı Elariz Məmmədoğlu ilə aralarında baş verən qalmaqala aydınlıq gətirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçinin "Allah sizə rəhmət eləsin Habil Əliyev. Deyirdi ki, Elariz toya havayı getsə də, yenə bahadı" sözlərini yazdığı paylaşımı qarşı tərəfi əsəbiləşdirib. 

E.Məmmədoğlu açıqlamasında E.Hüseynəliyevi tənqid etmişdi.  

Elton "10-dan sonra" verilişində bildirib ki, hadisə 6 ay əvvəl baş verib:

"Həmin şəkli mən yaratmamışam. Onu başqa yerdə hazır formada görmüşəm. Elarizin özünün də yumor hissi var. Dəfələrlə oturub söhbət etmişik. Mən də gülmək üçün paylaşdım və 10 dəqiqə keçəndən sonra sildim. Həmin hadisədən 6 ay keçib, indi çıxıb danışmağına təəccübləndim. Nəyi pisdir ki, Elarizi reklam etmiş oldum".

Qeyd edək ki, Elariz həmkarının ünvanına "Bu düşmənçilik etmək, çörəyə bais olmaq, toylarımın azaldılmasına gətirib çıxarmaqdır. Elton onu İnstagram-da paylaşandan sonra elə bildi ki, toyum azalacaq. Amma əksinə, toyumun sayı da artdı, qonorarı da. Eltonun özü uduzdu, ona söydülər. Mən oxuyanda o uşaq idi. Heç nə qazanmadın, səni baltaladılar" sözlərini söyləmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/532748.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR