Azərbaycanda qəbirlərə kameralar quraşdırılıb.
Publika.az femida.az-a istinadən xəbər verir
ki, Səbail rayonunda yerləşən “Qurd qapısı” adlandırılan şəhər
qəbiristanlığında bu tip məzarlara rast gəlmək mümkündür. Camaat
arasında bura varlıların qəbiristanlığı da adlandırılır. Bu da
səbəbsiz deyil. Çünki, qəbiristanlıqda məzarlar daha dəbdəbəli və
bahalı materiallardan istifadə edilməklə hazırlanır.
Çəkiliş apardığımız müddətdə bəzi məzarlarda təhlükəsizlik
kameralarının quraşdırıldığının şahidi olduq. Qəbiristanlıq
işçiləri deyir ki, kameralar qəbir sahibləri tərəfindən
quraşdırılır. Onlar bunu məzar daşlarının bahalı olması və
qəbirlərin üzərinə qoyulan güllərin oğurlanması ilə izah edir.
Şəhər qəbiristanlığında heykəli qoyulmuş gəlin məzarından tutmuş,
uşaq beşiyi formasında məzara, heykəllərə və günbəzlərə də rast
gəlmək mümkündür. Qəbir daşlarının qiymətinə gəldikdə isə bir sadə
qəbir daşı 3 min manatdan, 6 min manata qədər dəyişə bilir.
Qəbiristanlıqda bəzi məzarların sahibsizlikdən dağıldığını, bəzi
yerlərin isə indidən hasarlandığını da görmək olar.
Qəbiristanlıq işçilərinin sözlərinə görə, həmin hasarlanmış
ərazilərin öz sahibi var, Bəzən belə yerlər bir neçə il əvvəl
alınır və hasarlanır. Görünür, sağlığında özünə qəbir qazdıranlar
ölülərinə qəbir qazdıranlardan daha çoxdur.