"Mançester Yunayted" ona görə 60 milyonundan keçməyə hazırdı -

"İnter"in yarımmüdafiəçisi İvan Perişiç karyerasını İngiltərədə davam etdirə bilər.

Metbuat.az-ın məlumatına görə, "Mançester Yunayted" xorvatiyalı futbolçunun xidmətində maraqlıdır. Xüsusilə də baş məşqçi Joze Mourinyo transferin həyata keçməsini istəyir.

"Qırmızı şeytanlar" Perişiç üçün 60 milyon avrosundan keçməyə hazırdır.

"Mançester Yunayted" ilə yanaşı, "Çelsi" də 28 yaşlı oyunçunu heyətində görmək istəyir.

Cari mövsümdə 28 matçda meydana çıxan İvan Perişiç 9 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR